Cenk Tosunun aqibəti bəlli oldu

12 Aprel 2021 14:32 (UTC+04:00)

"Beşiktaş" - BB "Ərzurumspor" matçının 75-ci dəqiqəsində Cenk Tosunun diz qapağından zədələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təcili yardımla komanda təyyarəsinə aparılmış futbolçu İstanbulda dərhal müalicə altına alınıb. Hücumçunun 6-8 ay meydançalardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, məşhur futbolçu keçən mövsüm "Everton"da diz zədəsi alaraq və mövsümün çox hissəsində oynaya bilməyib.

Arzu Elsevərqızı