Ermənistan prezidenti Armen Sarkisyan təklif olunan düzəlişlərin situasiyaya uyğun xarakter daşıdığına inanır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan, Məhkəmə Məcəlləsinə parlament tərəfindən qəbul edilmiş dəyişiklikləri imzalamamaq və Konstitusiya Məhkəməsinə göndərməmək qərarına gəlib, hansıki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sarkisyan mütəxəssislər, Ali Məhkəmə Şurasının nümayəndələri, ədliyyə naziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə məsləhətləşmələr aparıb. O, maraqlı tərəflərin fikirlərini dinləyib və məhkəmə islahatlarının beynəlxalq təcrübəyə, ekspert qiymətləndirməsinə və aktual problemləri həll edən inkişaf strategiyasına əsaslanaraq sistemli şəkildə aparılması lazım olduğuna qərar verib.
Prezident hesab edir ki, dəyişikliklər Konstitusiyaya zidd ola bilər və bu səbəbdən məsələ Konstitusiya Məhkəməsinə göndərilməlidir.
“Qanunla təklif olunan tənzimləmələr, qanuni əminlik, adekvatlıq, habelə məhkəmə sisteminin müstəqilliyi ilə bağlı prinsip və tələblərə uyğunluq baxımından ancaq situasiyaya uyğundur və problemlidir”, deyə Sarkisyan qeyd edib.
Xatırladaq ki, fevralın əvvəlində Ermənistan parlamenti hökumətin hazırladığı Məhkəmə Məcəlləsinə dəyişiklik layihəsini qəbul edib. Qanun, cinayət hakimləri arasında məhkəməyə qədər icraatda ayrıca bir ixtisasın tətbiq edilməsini nəzərdə tutur.
Diqqətə çatdıraq ki, bir qədər əvvəl müxalifət qüvvələri bu düzəlişlərin köməyi ilə Ermənistan hakimiyyət orqanlarının məhkəmə sisteminin müstəqilliyini azaltmağa və həbslərlə bağlı qərar qəbul edəcək “əlverişli” hakimləri təqdim etməyə çalışdıqlarını bildirmişdilər.