Əməkdar artistin anası komaya düşüb FOTO

12 Aprel 2021 09:16 (UTC+04:00)

Əməkdar artist Nigar Şabanovanın anası komaya düşüb. SİA-nın məlumatına görə, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb: "Oyan qurban olum. Ana, gəlirəm. Nazlı qızım, aç gözünü, oyan, sən məni tək qoyub getməzsən, buna inanıram. Mənim atamdan, səndən başqa heç kimim yoxdur. Oyan, sən güclüsən. Mən sənsiz çox yaşaya bilmərəm. Gözümün nuru, xanım anam, qolumu, qanadımı qırma. Anam komadadır, dua edin. Allah dualarınızı eşidər. İnanıram ki, məni həqiqətən sevənlər var. Bir neçə gündür ki, susuram, paylaşmıram. Amma həqiqətən dualarınıza ehtiyacım var. Anamsız mən heç kiməm".