“İnter” və “Yuventus” turu 3 xalla başa vurub

12 Aprel 2021 01:02 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

Lider “İnter” bu turda doğma meydanda “Kalyari”ni sınağa çəkib və minimal hesabla üstün olub. “Yuventus” “Cenoa” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıbsa, “Napoli” də “Sampdoriya” ilə qarşılaşmada 2 cavabsız qola sevinib.

Paytaxt təmsilçilərindn “Latsio” səfərdə “Verona”nı, “Roma” isə evdə “Bolonya”nı minimal hesabla üstələyib. Beş qolun qeydə alındığı “Fiorentina” – “Atalanta” matçı da qonaqların qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası

30-cu tur

10 aprel

Spetsiya – Krotone 3:2

Qol: Verde, 63. Maggiore, 89. Erliç, 90+2 – Djidji, 40. Simi, 78.

Parma – Milan 1:3

Qol: Qaqlyolo, 66 – Rebiç, 8. Kessye, 44. Rafael Leao, 90+4.

Udineze – Torino 0:1

Qol: Belotti, 61-pen.

11 aprel

İnter – Kalyari 1:0

Qol: Darmian, 77.

Yuventus – Cenoa 3:1

Qol: Kuluşevski, 4. Morata, 22. Makkenni, 70 – Skamakka, 49.

Sampdoriya – Napoli 0:2

Qol: Ruis, 35. Osimhen, 87.

Verona – Latsio 0:1

Qol: Milinkoviç-Saviç, 90+2.

Roma – Bolonya 1:0

Qol: Mayoral, 44.

Fiorentina – Atalanta 2:3

Qol: Vlahoviç, 57; 66 – Sapata, 13; 40. İliçiç, 70-pen.

12 aprel

22:45 Benevento – Sassuolo