Bir gündə 152 mindən çox yoluxma olub Hindistanda

11 Aprel 2021 16:24 (UTC+04:00)

Hindistanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 152 879 yeni yoluxma faktı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə məlumatı Hindistanın Federal Səhiyyə Nazirliyi yayıb.

İndiyədək ölkədə ümumilikdə 13 358 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 169 bin 275 nəfəri vəfat edib. Yoluxanlardan 12 81 443 nəfər sağalıb.