Gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər

11 Aprel 2021 15:06 (UTC+04:00)

Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. SİA xəbər verir ki, çempionatda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançı mübarizə aparacaq.