Türk Şurası rəsmiləri Ağdam Dram teatrının qalıqlarına baxıblar

11 Aprel 2021 14:26 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri davam edir. SİA xəbər verir ki, səfər iştirakçıları ermənilər tərəfindən viran qoyulmuş Ağdam Dram teatrının ərazisinə baş çəkiblər.

Qonaqlara Ağdam Dram teatı barədə məlumat verilib.

Qeyd edək ki, Türk Şurası rəsmilərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.