Türk Şura rəsmiləri Ağdamın Cümə məscidində olublar

11 Aprel 2021 13:36 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri davam edir. SİA xəbər verir ki, səfər iştirakçıları Ağdam şəhər Cümə məscidinə baş çəkiblər.

Qonaqlara məscidin tarixi və ermənilərin törətdiyi barbarlıq barədə məlumat verilib.

Qeyd edək ki, Türk Şurası rəsmilərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.