Pandemiya qurbanlarının sayı 103 minə çatdı Rusiyada

11 Aprel 2021 12:35 (UTC+04:00)

Rusiyada son sutka ərzində koronavirusa 8702 yeni yoluxma halı qeydə alınıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 641 390 nəfərə çatıb.

Rusiyada son bir gündə 337 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 102 986 nəfərdir. İndiyədək 4 265 509 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.