“Barselona”nın "Real"a məğlubiyyəti ilə uğurlu seriyasına da son qoyulub

11 Aprel 2021 04:47 (UTC+04:00)

La Liqanın 30-cu turunda “Real”a uduzan (1:2) “Barselona”nın vacib xal itkisi ilə yanaşı uğurlu seriyasına da son qoyulub.
SİA xəbər verir ki, Kataloniya klubu çempionatın son 19 oyununda uduzmamışdı. Komanda son dəfə ötən ilin dekabrında meydanı məğlub tərk etmişdi.
Qeyd edək ki, Ronald Kumanın komandası hazırda 65 xalla 3-cü pillədə qərarlaşıb. “Real” və “Atletiko” isə 55 xalla 1-ci və 2-ci yerləri bölüşürlər.