“Türkiyə ilə Ukrayna 2023-cü ilə qədər prioritet investisiya layihəsi siyahısını təsdiqlədi. Bura infrastruktur, hava limanı və nəqliyyat kimi hərtərəfli layihələr daxildir”.
SİA-nın xəbərinə görə, Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib.
“Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Sazişinin imzalanması ikitərəfli ticarətimizi liberallaşdırmaqla mümkün olacaq”, deyə bildirən V.Zelenski bu addımların nə qədər böyük məsuliyyət olduğunu və hər iki tərəfin milli maraqlarına uyğun olmasının vacibliyini qeyd edib: “Bu səbəbdən cənab Ərdoğanla vacib sazişin imzalanmasına imkan verəcək kompromislər barədə razılığa gəldik”.