Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu yenə məğlub olub

11 Aprel 2021 00:21 (UTC+04:00)

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Sankt-Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.

28 turdan sonra 37 xala malik “Ersgebirge” 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.