Azərbaycan taekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

10 Aprel 2021 20:57 (UTC+04:00)
Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında final görüşünə çıxıb. SİA xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda Rusiyanı təmsil edən Maksim Hramtsovla üz-üzə gəlib. Əsas vaxt 12:12 hesabı ilə bitib. Rəqibinə əlavə vaxtda 0:3 hesabı uduzan Hərçəqani gümüş medal qazanıb.