Azərbaycan nefti bahalaşır

10 Aprel 2021 17:52 (UTC+04:00)

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 62,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur. Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.