Yenə duet ortağını dəyişdi VİDEO

10 Aprel 2021 10:25 (UTC+04:00)

Meyxanaçı Aqşin Fateh yaradıcılığında yenilik edib. SİA-nın məlumatına görə, bir çox xanım ifaçılarla duet oxuyan meyxanaçı yeniliyə imza atıb. Belə ki, o, bu dəfə gənc müğənni Elnarə Bəxtiyarlı ilə bir araya gəlib.

Cütlük "Yaz küləyim" adlı bəstəni duet şəklində ifa edərək, klip çəkdiriblər.

Bəstənin sözləri və musiqisi Aqşin Fatehin özünə məxsusdur.

Qeyd edək ki, ekran işinin rejissorluğu Ramin Asimoğluna həvalə olunub.