Azərbaycanlı müğənnidən nişanlısına sevgi etirafı: "Səni sevirəm" FOTOLAR

10 Aprel 2021 09:40 (UTC+04:00)

Reper Fərid Eminov (Qurd) nişanlısı Leyla ilə obyektiv qarşısına keçib. SİA-nın məlumatına görə, cütlük yeni şəkillər çəkdirib. Onların fotolarda olduqca səmimi olması da diqqətlərdən yayınmayıb.

Qurd sözügedən şəkilləri sosial media hesabında yayımlayıb və nişanlısına öz sevgisini etiraf edib: "Sənin üçün hər darıxanda ürəyimə bir ulduz çəkirəm. Bilirsən sənin üçün necə darıxmışam? Artıq ürəyimdə bir səma var. Çünki səni sevirəm".

Qeyd edək ki, Qurd bir dəfə evli olub, boşanıb. Birinci xanımından iki övladı var.