Tank bölmələri döyüş atışları icra edib FOTO/VİDEO

9 Aprel 2021 15:54 (UTC+04:00)

2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri çərçivəsində atışlar icra edilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, döyüş atışları zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.