“Aprelin 11-də Azərbaycan xalqı müstəqillik dövrünün 8-ci prezident seçkisində öz liderini müəyyənləşdirdi. Cənab İlham Əliyev növbəti dəfə ümummilli etimadı qazanaraq Azərbaycan Prezidenti seçildi. Əslində, bu qələbə tam gözlənilən idi. Çünki ötən 15 il ərzində Azərbaycanı tarixin bütün dövrlərinin ən möhtəşəm və qüdrətli dövləti səviyyəsinə yüksəltməyə müvəffəq olan liderin alternativsizliyi birmənalı ictimai rəy idi və xalqın seçimi bunu bir daha isbatladı”.Bu fikirləri YAP üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva SİA-ya açıqlamasında bildirib.
Zərifə Quliyeva bildirib ki, 17 il öncə, 2003-cü ildə ulu öndər Heydər Əliyev xalqa müraciət edərək aşağıdakı fikirləri səsləndirmişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 17 il əvvəl ulu öndər bu fikri ilə Azərbaycan xalqına onun alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı göstərdi. Çünki ulu öndər tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasını ancaq İlham Əliyev gerçəkləşdirə bilər. Həqiqətən də Azərbaycan xalqı 2003-cü ildə etdiyi seçimində yanılmadı. Çünki Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirərək xalqın inamını, etimadını qazandı”.
Z.Quliyeva bildirdi ki, bu gün ölkəmizdə gedən prosesləri izləyən və bu proseslərə vicdanla yanaşan hər bir siyasətçi etiraf edir ki, Azərbaycan cəmiyyətində demokratiyanın təməl prinsipləri mövcuddur və yaradıcılıqla inkişaf etdirilməkdədir: “Aşkarlıq, şəffaflıq, söz, mətbuat, etiqad azadlıqları Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş və dövlətimizin fəaliyyətinin prioritet cəhətlərindən biri kimi vətəndaşların həyatında əksini tapmaqdadır. Xalq 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə xalq növbəti 7 il üçün ölkənin taleyini kimə tapşıracağını müəyyənləşdirdi. Etiraf etmək lazımdır ki, hələ seçkilər ərəfəsində bütün siyasi, ictimai təşkilatların xalqın iradəsi haqqında dəqiq məlumatları var idi. Etiraf etmək lazımdır ki, xalq İlham Əliyev fenomeninin nəyə qadir olduğunu, hakimiyyətə gəlişinin məramını hələ 17 il əvvəl görmüş, ona inam göstərmişdi. Bu seçkilər həm də onu sübut etdi ki, bu gün Azərbaycanda cənab İlham Əliyevin qarşısına rəqib kimi çıxmağa, onunla seçki yarışına girməyə hazır olan siyasətçi yoxdur. Elə İlham Əliyevin 3 milyon 397 min 664 (86.03 faiz) seçicinin səsini qazanması bunu təsdiqləyən faktdır”.
Zərifə Quliyeva onuda bildirdi ki, dövlət başçısı əldə olunan Qələbə zamanı xalqa müraciətində də bildirmişdir ki, Azərbaycanda bundan sonra da Heydər Əliyevin siyasətini davam etdirəcək: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”,-deyərək son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!. Məzh hər sözü, hər vədi reallığı çevirən hər bir azərbaycanlı dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, öz dövləti, öz Prezidenti və Onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Çünki 28 il “kaş ki...” arzularımız “kaş ki” olmadı, arzularımız reallaşdı. Xüsusilə də Novruz tonqallarımız arzusunda olduğumuz Şuşamızda, Cıdır düzündə qeyd olundu. Bu xoşbəxtliyi, bu qüruru “Bütün bu illər ərzində Prezident İlham Əliyev daxili və xarici siyasətinin əsas konturlarını o istiqamətdə formalaşdırıb ki, vətəndaş mərkəzli siyasətin nəticəsi Qarabağ zəfəri ilə yekunlaşsın. Azərbaycan həqiqətlərini usanmadan, yorulmadan, faktlarla beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırdı”,-deyən Z.Quliyeva onu da vurğuladı ki, qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yazdı!: “Müdriklər deyir ki, rəhbərin ən böyük qələbəsi xalqın etimadı, inamı və sevgisidir. Azərbaycan xalqı 11 aprel prezident seçkilərində alternativsiz liderinə olan böyük inam və sarsılmaz dəstəyini bir daha nümayiş etdirdi”.
R.HÜSEYNOVA