“Ermənistanda əsas ərzaq məhsulları bahalaşır. Yumurta, günəbaxan yağı və digər ərzaq məhsullarının qiymətlərindəki artımın ardınca un məhsulları və hətta çörəyin qiymətində də bahalaşma müşahidə olunur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu zəncirvari qiymət artımı ilə əlaqədar olaraq vətəndaşlar davamlı olaraq "Joxovurd" qəzetinin redaksiyasına zənglər edirlər.
Qeyd olunur ki, dünən unun qiymətinin kəskin artdığını məlum olub. Məsələn, 10 kq unun qiyməti 2400 dramdan 2800 drama yüksəlib. Hazırda 50 kq yüksək keyfiyyətli buğda ununun qiyməti 12400 dramdan 13500 drama qədər artıb, halbuki bir neçə ay əvvəl təxminən 12 min drama satılırdı. Ancaq birinci dərəcəli un indi 11 800-12000 dram qiymətinə satılır, halbuki əvvəllər bu çeşid çox ucuz idi.
Xatırladaq ki, Ermənistan Respublikasının Statistika Komitəsinin məlumatına görə, bu ilin mart ayında unun qiyməti fevral ayına nisbətən 1,6%, çörəyin qiyməti isə 0,2% bahalaşıb. Amma, real göstəricilər, real artım Statistika Komitəsinin məlumatından da daha, hətta dəfələrlə çoxdur. Yeri gəlmişkən, bu ilin mart ayında unun qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə 14,4%, çörəyin qiyməti isə 8,6% artıb, hansıki bu barədə "Joxovurd" qəzeti də yazır.