Bu məktəb də koronavirusa görə bağlandı

8 Aprel 2021 18:59 (UTC+04:00)

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb. SİA-nın məlumatına görə, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov "Report"un yerli bürosuna bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.