Məhərrəm Bədirzadə vəfat etdi

8 Aprel 2021 17:46 (UTC+04:00)

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə dünyasını dəyişib. SİA-nın məlumatına görə, rejissor 76 yaşında vəfat edib.

Qeyd edək ki, M. Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya gəlib. O, 1969-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü seçilib.

Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosenti olub.