Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir FOTO/VİDEO

8 Aprel 2021 16:50 (UTC+04:00)

2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.