Ermənistanda qeyri-ərzaq mallarının da qiyməti artır

8 Aprel 2021 14:32 (UTC+04:00)

“Ermənistanda gözlənilən iqtisadi bum olmadı. Əksinə, biz 2020-ci ildə hər şeyi itirdik. Ona görə də bu gün iqtisadiyyatı bərpa etmək üçün səylərimizi üç dəfə artırmalıyıq”. Qeyd edək ki, bu fikirləri “Mənim Adımım” fraksiyasından olan parlamentin iqtisadi məsələlər daimi komissiyasının rəhbəri Babken Tunyan verdiyi son açıqlamalarının birində deyib.

SİA bu barərə erməni mətbuatına istinad edir.

Ermənilərə görə, maraqlısı budur ki, Paşinyanın Ermənistandakı iqtisadi inkişafla bağlı dediklərinin fiyasko olduğunu etiraf edən Tunyan, bunula belə Nikola haqq qazandırmağa da çalışıb. Belə ki, o, ölkədə “investisiyaların fərdlərlə əlaqələndirilməsi və hökumətin dəyişdirilməsinin zəruriliyi” barədə deyilənləri səhv adlandırıb. Tunyana görə, investorlar üçün ölkəni kimin idarə etməsi elə də maraqlı deyil. Onlar üçün ən önəmli məsələ çox pul qazanma, qazanc əldə etmə, risklərdən qorunma və s-dir.

Yəni ölkədə kimin rəhbər olması onların heç veclərinə belə deyil: təki hüquqları qorunsun.

Bu yerdə erməni saytları Tunyana sual verirlər: bəs niyə Paşinyan hakimiyyətdə olduğu ərəfədə ölkədən qaçmağa imkan tapa bilməyən investorlar üçün “normal işləyən system” yarada bilmədi? Əslində, ermənilərin ehtimalına görə, burada “hökumət dəyişməməsi”nin vacib olduğunu söyləyən Tunyan bunu deməklə, elə özünün də daxil olduğu hakimiyyət səlahiyyətlilərinin yerli və xarici investorlara qarşı çoxsaylı qalmaqallı hücumlarının üstünə pərdə çəkmək istəyir.

Əslində isə, nikolçular bunları deməklə vaxtilə ermənilərin dünyada nümayiş etdirməyə çalışdıqları “erməni demokratiyası”nı “malalamağa” cəhd edirlər.

Maraqlıdır ki, daha bir nikolçu, Ermənistan Dövlət Nəzarət Xidmətinin rəhbəri Tiqran Uluxanyan da Tunyana haqq qazandırır. Yəni o da Paşinyan dövründə ölkədə qurulan idarəetmə tərzini, "məxmər" gücünün keyfiyyətini yüksək səciyyələndirir. Onun sözlərindən belə çıxır ki, mövcud iqtidarın siyasi iradəsi, siyasi qərarları praktik olaraq qınanmaz olsa da, problem onların həyata keçirilməsini təmin edə bilməyən dövlət idarəetmə sistemindədir.

Uluxanyana görə, Ermənistanda siyasi qərarlar qəbul etmək üçün ilkin məlumat bazasının keyfiyyəti çox aşağı səviyyədədir.

Beləliklə məlum olur ki, bir tərəfdən səlahiyyətlilər qərarlar verir, digər tərəfdən dövlət idarəetmə sistemi bu qərarları öz məntiqi nəticəsinə gətirmir.

Təbii ki, bütün bunlar öz yerində. Amma reallıq budur ki, bu gün Ermənistanda təkcə ərzaq mallarının deyil, həm də qeyri-ərzaq mallarının qiymətlərində 8.4 faiz artım olub.

Ağasəf Babayev