Rusiya “şpion”la doluymuş...

8 Aprel 2021 09:56 (UTC+04:00)

Rusiyanın Saxalin bölgəsində terrorizmi təbliğ edən xarici vətəndaş tutulub. Vətəndaşın hansı ölkəyə mənsub olduğu bildirilməsə də, onun yapon və ya çinli olması istisna edilmir.

SİA bu barədə rus mətbuatına istinad edir.

Beləliklə, rusların yazdığına görə, Uzaq Şərq Dairəsinin Hərbi Məhkəməsi, cinayət törətməkdə təqsirli bilinən 52 yaşlı bir xarici vətəndaşı 300 min rubl cərimə edib.

Rus mediası bölgənin hüquq- mühafizə əməkdaşlarının dediklərini əsas gətirərək əcnəbi vətəndaşın “mesajlaşma vasitəsi ilə terror fəaliyyətinə açıq çağırışlar etdiyini” bildirib.

...Belə görünür ki, Rusiya “şpion”la doludur. Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Maqadan bölgəsindəki şöbənin əməkdaşları yerli bir sakinə qarşı terrora təhriketmə maddəsi ilə cinayət işi açdığı bildirilmişdi.

Bundan bir müddət əvvəl isə, Rusiyanın Belqorod şəhərində 20 yaşlı bir əcnəbi terrorçu gizli fəaliyyətinə görə həbs edilərək 5.5 il həbs cəzasına məhkum edilmişdi.

Ağasəf Babayev