Dünyada koronavirusa yoluxanların ümumi sayı 132 milyon nəfəri ötüb

8 Aprel 2021 02:53 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 517 mindən çox artıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 517 585 nəfər yeni koronavirusa yoluxub, 9 264 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 132 046 206, ölənlərin isə 2 867 242 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.