Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa 2586 yoluxma halı qeydə alınıb

8 Aprel 2021 08:52 (UTC+04:00)

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 586 yoluxma halı qeydə alınıb.

SİA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 261 503 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 229 538 nəfəri sağalıb, 3 156 nəfəri isə vəfat edib.