16 yaşlı futbolçu tarixə düşdü

7 Aprel 2021 21:47 (UTC+04:00)

Santosun San Lorenzoya qalib gəldiyi “Libertadores” Kubokunda qol vuran Angelo Qabriel kubok tarixinin ən gənc oyunçusu olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Braziliya Liqası komandalarından biri olan Santosda oynayan 16 yaşlı Angelo Qabriel komandasının Argentina təmsilcisi San Lorenzo-nu 3-1 məğlub etdiyi matçın son qolunu vuraraq tarixin ən gənc qol vurucusu olub.

Argentinanın paytaxtı “Buenos Aires”də oynanan matçın 84-cü dəqiqəsində oyuna daxil olan 16 yaşlı Braziliyalı gənc futbolçu, əlavə vaxtda vurduğu qolla tarixə düşüb.

Arzu Qurbanzadə