Nazirdən iki təyinat

7 Aprel 2021 18:21 (UTC+04:00)

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Rauf ismayılov Saatlı rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin edilib. Əmrə əsasən, polis polkovnik-leytenantı Sədi Abbasov Salyan Rayon Mühafizə Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, S.Abbasov bu təyinata qədər Şirvan Şəhər Polis Şöbəsinin rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.