Azər Zeynalov infarkt keçirib

7 Aprel 2021 16:45 (UTC+04:00)

Xalq artisti Azər Zeynalov açıq ürək əməliyyatı olunub. SİA-nın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər idarə etdiyi verilişində deyib: “Azər müəllim martın 10-da infarkt keçirib. Danışa bilmir. Hazırda xəstəxanada müalicəsi davam edir. Evə nə vaxt buraxılacağı məlum deyil”.