Azərbaycanlı qardaşlarımızla sıx əməkdaşlığımız davam edir - Hulusi Akar

7 Aprel 2021 13:39 (UTC+04:00)

Azərbaycanlı qardaşlarımızla sıx əməkdaşlığımız davam edir. SİA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada keçirilən hərbi sərgi zamanı deyib.

Nazir deyib: “Can qardaşlarımızla sıx əməkdaşlığımız davam edir. Qarabağda minatəmizləmə ilə yanaşı, qardaşlarımızla hərbi tədris fəaliyyətləri və təlimlərimiz davam edir”.