Dini icma rəhbərləri Ağdamda Cümə məscidini ziyarət ediblər - FOTOLAR

7 Aprel 2021 13:31 (UTC+04:00)

Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdamın Cümə məscidini ziyarət ediblər. SİA-nın məlumatına görə, A.Paşazadə və dini icma rəhbərləri ibadət edib, məsciddə namaz qılıblar.

Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.