Erməni polisi qadınlara zor tətbiq etdi FOTOLAR

7 Aprel 2021 13:30 (UTC+04:00)

Ermənistanda qeyd edilən "Analar və Gözəllik Günü" də səssiz-küysüz keçməyib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, küçələrə çıxan və hökumət binasına tərəf yürüş edən çoxsaylı erməni qadınları baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər, onların övladlarının 44 günlük müharibədə öldürülməsində əsas baiskarın olduğunu bildiriblər.

Yürüş zamanı onların qarşısını kəsən polis gücləri zor tətbiq edərək, qadınları ərazidən uzaqlaşdırmağa çalışıblar. Nəticədə qadınlar polisin aqressivliyinə qarşı qarşılıqlı aqressiya nümayiş etdiriblər. Qarşıdurmada saxlanılanların olduğu və qadınların polis şöbələrinə aparılmaları da bildirilməkdədir.