Dollar yenidən rublu endirir

7 Aprel 2021 12:57 (UTC+04:00)

Rusiyada aktivlərinə görə dördüncü sırada olan “Alfa-Bank”ın mütəxəssisi Natalya Orlova bu ilin sonu üçün rubl proqnozunun dəyişdirdiyini söyləyib. Beləliklə, mütəxəssisin fikrincə, dolların məzənnəsi 68-78 rubldan 66-80 rubla qədər dəyişə bilər.

SİA bu barədə rus mətbuatına istinad edir.

Qeyd edək ki, Orlova “Alfa-Bank”ın milli valyutanın ədalətli dəyərini hesabladığı iki əsas modelin aralığının 70-75-dən 70-80 rubla keçdiyini də bəyan edib. Qeyd edək ki, mütəxəssis rublun zəifləməsi üçün əlavə potensialın ortaya çıxdığını da gizlətməyib.

Məsələ bundadır ki, fevralın əvvəlindən bəri avro Rusiyada ilk dəfə olaraq 92 rubl məzənnəsini qırır.

Orlova yayın başlanğıcından bəzi xarici səyahətlərin bərpa oluna biləcəyini Rusiya valyutası üçün əlverişsiz dövr kimi təqdim edir. Məsələ bundadır ki, bunun ilin sonuna qədər davam edəcəyi də istisna edilmir. Məhz buna görə də, Orlovanın təmsil etdiyi bank hazırda bir dollar üçün 76 rubl civarında göstərici təyin edib.

...Gələcəkdə Rusiya iqtisadiyyatının dünya iqtisadiyyatının böyüməsindən geri qalması səbəbiylə səlahiyyətlilər xərcləri artıra bilər ki, bu da kapital axını və rublun enməsini sürətləndirəcək. Bu da ehtimaldır.

Amma bu ehtimallara baxmayaraq, Rusiyada dollar və avronun satışında bahalaşma davam edir.

Ağasəf Babayev