"Çəkməli pişik” tamaşası nümayiş ediləcək

7 Aprel 2021 13:07 (UTC+04:00)

Aprelin 10-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədən məşhur fransız yazıçı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.

SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur. Xudbinlik, lovğalıq və yalançılığın komik oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.