"Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib

7 Aprel 2021 12:46 (UTC+04:00)

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafika və akvarel ustaları arasında keçirilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib.

SİA-nın məlumatına görə, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilib.

“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin nəticələri:
Akvarel sənəti üzrə qaliblər:
I yer - Hafiz Kərimov
II yer - Fatma Kılıç
III yer - Feyzi Məmmədov
Qrafika sənəti üzrə qaliblər:
I yer - Elmir Məmmədov
II yer - Günel Quliyeva
III yer - Əbülfəz Fərəcoğlu
Mükafatlandırma fondu:
I yer – 350 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)
II yer – 200 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)
III yer –100 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)
Həvəsləndirici mükafata isə 5 nəfər layiq görülüb.

Qalib olmuş əsərlər Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq. Qaliblər üçün mükafatla yanaşı, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulub. Qaliblər diplom, nümayiş olunan əsərlərin müəllifləri sertifikat ilə təltif ediləcəklər.

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzi tərəfindən onlayn şəkildə keçiriləcək.