Hindistanda son sutkada 115 736 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın xəbərinə görə, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilib ki, bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır. Aprelin 5-də 103 558 nəfərə koronavirus diaqnozu qoyulmuşdu. Ölkədə koronavirusa yoluxanların sayı 12 801 785 nəfərə çatıb. Son sutkada virusdan 630 nəfər ölüb. Ümumilikdə 11 682 136 pasiyent COVID-19-dan sağalıb.