Aleksandr Perenciyev: "Rusiyanın TŞ-sı və Prokurorluğu hüquqi qiymət verməlidir" "İskəndər M" faktı

7 Aprel 2021 10:23 (UTC+04:00)

“Bu, qanunsuz silah ticarəti adlanır. Qanunsuz silah göndərmə cəhdləri, günahkarların məsuliyyətə cəlb edilməsi vacib olan bir cinayətdir. Azərbaycan tərəfi buna diqqət yetirməlidir ”. SİA-ya daxil olan məlumata görə, bunu rusiyalı politoloq və hərbi ekspert Aleksandr Perenciyev Rusiyadan Ermənistana hərbi təchizatların göndərilməsinə münasibətini açıqlayarkən deyib.

Ekspert müvafiq situasiyanı iqtisadiyyatın və cinayətkar fəaliyyətin kriminal görüntüsü olduğunu deyib və bildirib ki, belə cəhdlər istənilən ölkənin milli təhlükəsizliyinə zərər vurur.

“Silahların göndərilməsi ilə bağlı cəhdlərin qarşısı alınmalı, bu işlərə aidiyyatı olan şəxslər isə məsuliyyətə cəlb olunmalıdırlar”, deyən Perenciyev qeyd edib ki, mövcud halda nəinki Rusiyanın Təhlükəsizlik Şurası tərəfindən, həmçinin Baş Prokurorluğu tərəfindən də hüquqi qiymət verilməlidir. “Əminəm ki, günahkarlar qanunamüvafiq qaydada cavab verəcəklər”, deyə rusiyalı hərbi ekspert və politoloq vurğulayıb.