Avtomobil yandı

7 Aprel 2021 09:25 (UTC+04:00)

Bakı şəhərinin Suraxanı rayonunda "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.