Ukrayna Prezidenti Vladimir Zelenski 6 səfiri geri çağırıb

7 Aprel 2021 08:55 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski 6 səfiri geri çağırıb.

SİA-nın Ukrayna Prezidenti Ofisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Zelenski Ukraynanın Niderland, Belçika, İraq, Tailand, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindəki səfirlərini geri çağırıb.

Bundan başqa Ukraynanın Avropa Birliyindəki nümayəndəsi də vəzifəsindən azad edilib.