Yeməkdən sonra yatmaq zərərlidirmi? MÜTLƏQ OXUYUN

6 Aprel 2021 17:38 (UTC+04:00)

Yeməkdən dərhal sonra yuxulu hiss edirsinizsə, tək deyilsiniz. Bu vəziyyət bir çox insanda olur və olduqca normaldır. Lakin, yemək yedikdən dərhal sonra yatmaq olmaz. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeməkdən dərhal sonra yatmağın bir çox zərəri var. Doyunca yedikdən sonra nə qədər yata bilərik? Gəlin birlikdə öyrənək...

1. Mədə turşumasına səbəb olur - Yeməkdən dərhal sonra yatmaq ürək yanmasına səbəb ola bilər. Yeməyin həzm olunmasına imkan verən mədə turşusu yuxarıya doğru hərəkət edir və mədənin həssas hissələri ilə təmasda olur. Bu ürək yanmasına, sinə və boğazda yanğıya səbəb olur.

2. Yuxu keyfiyyətinə təsir edir - Ağır bir yemək yedikdən sonra yuxuya getdiyiniz zaman həzm prosesiniz davam edir. Maddələr mübadiləsi bu qədər sıx bir iş görsə də, yatmaq çətinləşir. Həm də ürək yanması simptomları yuxunuzu təsir edir. Əlbəttə, nə cür yemək yediyiniz və nə qədər yediyiniz də vacibdir.

3. Tez-tez kabus görməyinizə səbəb ola bilər - Maddələr mübadiləsi işləyərkən beyin daha aktiv olur. Bu kabus görməyinizə səbəb ola bilər.

4. Bəli, mütləq çəki alacaqsınız! - Yeməkdən dərhal sonra yuxuya gedirsinizsə, deməli, bədəninizə yediklərinizi yandırmaq üçün kifayət qədər vaxt verməmisiniz. Buna görə də, yemək yedikdən sonra nə qədər yuxulu hiss etsəniz də, yatmamağa çalışmalısınız. Əks təqdirdə, özünüz də bilmədən kilo ala bilərsiniz.

Ayşən Vəli