Zeytun yağı istifadə etməyin 15 yolu DİQQƏTLİ OLAQ

6 Aprel 2021 15:38 (UTC+04:00)

Zeytun yağı demək olar ki, hər mətbəxdə olan bir məhsuldur. Ümumiyyətlə, yeməklərdə istifadə olunan zeytun yağının dəriyə qulluqdan, ev işlərinə qədər 15 funksiyası var.

1.Təraş - Zeytun yağı təraş üçün təbii və etibarlıdır. Həmçinin, dərinizi də yumşaq edir.

2. Mebel yağı - Taxta mebelləri zeytun yağı ilə silsəniz, qısa müddətdə parıldadığını görəcəksiniz.

3. Saçları gözəlləşdirir - Qırılmış və quru saçlarınıza bir az zeytun yağı sürtərək yaxşılaşdırmaq olar.

4. Geyimlərin "zamok"unu açır - Pambıqlı çubuğun üzərinə əlavə etdiyiniz zeytun yağı ilə geyimlərin "zamok"unu aça bilərsiniz.

5. Dodaq balzamı - Zeytun yağı və "esens" yağını qarışdıraraq dodaqlarınıza sürtməklə quru dodaqlara əlvida edə bilərsiniz.

6. Tava və çəngəl-bıçağı parıldadır - Parçaya əlavə etdiyiniz zeytun yağını paslanmayan polad bıçağa və digər məhsullara tətbiq edərək parıldada bilərsiniz.

7. Pilinq - Kiçik bir qabda toz şəkərlə zeytun yağını qarışdırın və dərinizə çəkin. Nəticədə, dəriniz təmizlənmiş, hamar və nəmlənmiş olacaq.

8. Dəri ayaqqabını bərpa edir - Parçanın üzərinə yağ əlavə etməklə dəri ayaqqabılarınıza bir az zeytun yağı çəkin. 30 dəqiqə gözləyib quru bir parça ilə təmizləyin. İlk günkü kimi yeni görünəcək.

9. Körpələrdə bezlərdən yaranan səpkiləri yox edir - Uşaq bezinin yaratdığı qıcıqlanmanın qarşısını almaq üçün zeytun yağı istifadə edə bilərsiniz.

10. Dırnağı möhkəmləndirir - Az miqdarda zeytun yağı çəkərək dırnaqlarınızı möhkəmləndirə bilərsiniz.

11. Daban çatları - Daban çatlaqları yaxşı nəmləndirilməlidir. Dabanlarınızı pomza daşı ilə doldurduqdan sonra zeytun yağı çəkin və təmiz çorablar geyin.

12. Makyaj fırçalarını təmizləmək üçün - Antibakterial sabun ilə zeytun yağını qarışdırın və içərisinə makiyaj fırçalarını batırın. Sonra soyuq su ilə yuyun.

13. Qulaq ağrısını azaldır - Qulaq ağrısını aradan qaldırmanın ən təsirli yolu zeytun yağıdır. Zeytun yağını isti su ilə bir az isidin və ağrıyan qulağınıza bir neçə damcı qoyun.

14. Diş bəyazladıcı - Ağız təmizliyi və ağ dişlər üçün zeytun yağından istifadə etmək köhnə bir Ayurveda ənənəsidir. Dişlərinizə bir az zeytun yağı çəkin və bir neçə dəqiqə gözləyin. Həftələr içərisində daha da ağardığını görəcəksiniz.

15. Boyanı təmizləyir - Saçınıza və ya dərinizə boya düşərsə, zeytun yağı sayəsində asanlıqla təmizləyə bilərsiniz. Boyalı bölgəni zeytun yağı və parça ilə yumşaq bir şəkildə silmək kifayətdir.

Ayşən Vəli