İƏT nümayəndələrinin Ağdam və Gəncəyə səfəri başlayıb

6 Aprel 2021 12:00 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə Ağdam rayonu və Gəncə şəhərinə səfəri başlayıb.

SİA-nın məlumatına görə, səfər çərçivəsində, həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.