Azərbaycanda düşmən maraqlarını müdafiə etmək faktı artıq onlar barəsində ciddi ölçülərin götürülməsi tələbini şərtləndirməyə başladıb
44 günlük Vətən müharibəsi nəticəsində yalnız biz azərbaycanlılar deyil, eləcə də dünya ictimaiyyəti 27-30 il böyunca erməni işğalından azad edilmiş bölgələrimizin vəhşiliyə, vandallığa, talan olunmasına şahid oldular. Artıq həmin ərazilərimizdə minalardan təmizlənmə əməliyyatları aparılır və təəssüf ki, ermənilər tərəfindən bu ərazilərin mina xəritələrinin verilməməsi işlərin gecikməsinə öz mənfi təsirlərini göstərməkdədir. Lakin buna baxmayaraq, işlər maksimum şəkildə sürətlə həyata keçirilir, ərazilərimizin bərpası, yenidən qurulması istiqamətində inşaat işləri aparılır, yollar çəkilir, infrastrukturlar ətrafında əməli tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də mədəniyyət paytaxtımız, Qarabağımızın gözü olan Şuşamızın bərpası istiqamətində başladılan işlərdir. Belə ki, məhz Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, Qarabağ dünyanın cənnətməkan regionlarından birinə çevriləcək və ən müasir standartlara cavab verən guşə olaraq tanınacaq. Bəli, hər bir azərbaycanlı, hər bir Vətəninə, dövlətinə bağlı olan vətəndaş bu işlərin görülməsini 30 ildir ki, səbrsizliklə gözləyirdi. Hər kəs istəyirdi ki, torpaqlarımız işğaldan azad olunsun və Qarabağımız öz əsrarəngiz gözəlliyi ilə dünyaya işıq saçsın. Məhz bu baxımdan, illər ərzində dağıdılmış şəhər və kəndlərimiz, qəsəbələrimiz yeni nəfəs almağa hazırlanır. Elə Şuşamız başda olmaqla!
Artıq məlumdur ki, Şuşada istismar müddəti bitmiş, sovet dövründən qalmış, köhnəlmiş, qəza vəziyyətinə düşmüş, eləcə də qeyri-qanuni tikilmiş və şəhərin görünüşünü köklü şəkildə pozan tikililərin aradan qaldırılması, onların yerinə yeni tikililərin inşa olunması layihələrinə start verilib. Nəticədə ermənilər indi də bu prosesi öz təbirlərincə, həyasızcasına “vandallıq” kimi haray-həşir salaraq, “şuşilərinin” dağıdıldığını iddia edirlər. Halbuki, “şuşilik” deyilən nağıl rtıq başa çatıb və ŞUŞA deyilən həqiqət mövcuddur.
AXCP və "Milli Şura" cütlüyü "Çiçəklənən Ermənistan"a necə dəstək göstərir?
Lakin məsələnin digər tərəfi də var. Sosial şəbəkələrdə canlı yayımlara çıxıb xalq, millət, dövlət deyə millilikdən dəm vuran AXCP sədri Əli Kərimli, eləcə də onun mirzəsi Qənimət Zahid, həmçinin siyasi klounu Tofiq Yaqublu şəhərin bərpası məsələsində daş atıb-başlarını tutublar ki, bəs qoymayın, Şuşanı dağıdırlar və s. Əsl erməni şivənçiləri kimi!
Yəni ermənilərin Şuşa və digər işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa işlərinə qarşı çıxması, ləkə yaxmaları və s. səs-küy qaldırıb üz-gözlərini cırmaları onların düşmən (!) olduqları üçün başadüşüləndir. Bəs bu gün ermənilərə qahmar çıxmaqla onlara dəstək olan bu xainlər yığımının davranışlarına hansı adı vermək olar? Bəlkə onlar da erməniləşmək düşüncəsinə qapılıblar və özlərini ermənilərdən bir qram da olsa fərqləndirmirlər? Yəni bu ünsürlərin Şuşada aparılan işlərə “vandalizm”, “mənəvi terror” donu geyindirib hay-həşir qaldırmalası, ümumiyyətlə, anlaşılmazdır. Bilirik ki, sözləri qurtarıb, iddiaları tükənib, əllərində heç bir arqumentləri də qalmayıb. Amma bu məsələdə də özlərini ülgücləyərək ermənilər qədər fikirlər səsləndirmələri heç bir çərçivəyə sığmır artıq. Demək belə hesab etmək olar ki, bu ünsürlər ermənilər kimi Şuşamızın bərpasına, gözəlləşdirilməsinə, abadlaşdırılmasına qarşı çıxmağa başlayıblar – yəni erməniləşiblər!
Əli Kərimli və ətrafı Naira Zöhrabyanın kampaniyasına qatılıb
Hətta bu gün Ermənistanda başladılan kampaniyanın iştirakçısına çevrilən Əli Kərimli və “Milli Şura” yığnağı ermənilərdən daha artıq canfəşanlıq etməyə, məsələn, "Çiçəklənən Ermənistan" partiyasının deputatı, qatı düşmən mövqeyində dayanan Naira Zöhrabyanın başlatdığı kampaniyaya əl qatırlar. Artıq heç kəsdə şübhə yeri qalmır ki, Əli Kərimli, Qənimət Zahid, Tofiq Yaqublu kimilərin şəxsiyyət vəsiqələrindəki “azərbaycanlı” ifadəsi “erməni” ifadəsi ilə dəyişdirilməlidir. Üstəlik, Ermənistana göndərilməlidirlər ki, öz erməniçiliklərini rahat şəkildə, erməni aşnalarının içində davam etdirsinlər. Yoxsa ki, Azərbaycanda düşmən maraqlarını müdafiə etmək faktı artıq onlar barəsində ciddi ölçülərin götürülməsi tələbini şərtləndirməyə başladıb. Belə də ki, Şuşanı, Qarabağı ermənilərə satanlardan başqa hansı əməli gözləməyə dəyərdi ki..?
Rövşən RƏSULOV