İnsanın bədən çəkisində, hətta bir kiloqram belə itki verməsi onun müxtəlif xəstəliklərin inkişaf riskini azaltmağa və ömrünü uzatmağa kömək edə bilər. Təbii ki, çəki itkisinin ən optimal variantlarından biri pəhrizdir.
Qeyd edək ki, bu yaxınlarda tədqiqat aparan alimlər hansı pəhrizin ömrünü uzada və ölümün əsas səbəbləri olan ürək-damar xəstəlikləri riskini azalda biləcəyini tapıblar. Tədqiqat müəllifləri bu pəhrizə riayət etməyin əlimizdə olduğunu bildirirlər.
SİA xarici mətbuata istinad edir.
Beləliklə, bu günlərdə Amerika Kardiologiyası birliklərinin aparıcı jurnalı olan “Circulation” dünyanda 2 milyona yaxın adam arasında apardığı tədqiqatın yekununu tirajlayıb. Tədqiqat 5 hissə tərəvəz və meyvənin ömrü uzatmaq üçün ən yaxşı pəhriz vasitəsi ola biləcəyini ortaya qoyub. Bildirək ki, bunun 2 hissəsi meyvə, 3 hissəsi tərəvəz daxil olmaqla hər hissə təxminən 80 qram olmalıdır.
Tədqiqatlar meyvə və tərəvəz ilə zəngin bir pəhrizin ölüm səbəbləri olan ürək xəstəlikləri, xərçəng və digər xəstəliklər riskini azaltmağa kömək edə biləcəyini göstərib.
Xatırladaq ki, tədqiqat Amerika, Avropa, Asiya, Afrika və Avstraliyadakı 29 ölkəyə məxsus olan təxminən 2 milyon insan arasında aparılıb. Beləliklə, aparıln təhlil gündəlik 5 hissə meyvə və tərəvəz istehlakının ən az ölüm riski ilə əlaqəli olduğunu, ancaq 5 hissədən çox yeməyin riski azaltmadığını aşkar edib.
Yeri gəlmişkən bildirək ki, tədqiqatçılar bütün meyvə və tərəvəzlərin insan orqanizmi üçün eyni dərəcədə faydalı olmadığını da bildirirlər. Məsələn, onlar noxud və qarğıdalı, meyvə suları və kartof kimi nişastalı tərəvəzlərin müxtəlif səbəblərdən və ya müəyyən xroniki xəstəliklərdən ölüm riskini azaltmaqla heç bir əlaqəsinin olmadığını bildirirlər.
Onlar daha çox ispanaq, kahı və qəhvəyi rəng daxil olmaqla yaşıl yarpaqlı tərəvəzlərdən, həmçinin sitrus meyvələrindən, giləmeyvə və yerkökündən istifadə etməyi məsləhət görürlər.
Ağasəf Babayev