İranın iki əyalətində koronavirusun dördüncü dalğası başlayıb

3 Aprel 2021 23:42 (UTC+04:00)
İranın iki əyalətində koronavirusun dördüncü dalğası başlayıb. SİA "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib. H.Ruhani bildirib: "Təəssüf ki, iki əyalətdə dördüncü dalğa başlayıb və tibbi protokollara əməl dilməsə bir sıra digər əyalətlərdə də başlaya bilər". İran prezidenti dördüncü dalğanın başladığı əyalətlərin adını açıqlamayıb.