“Əsas məqsəd şagirdlərin sağlamlığıdır” Təhsil naziri

3 Aprel 2021 16:42 (UTC+04:00)

"Sutkalıq 2 500 civarında yoluxmalar fonunda hansısa qərar verilməli idi. Bu qərarlar verilərkən əsasən qısa, orta və uzun müddətli hədəflər və məqsədlər nəzərə alınıb". SİA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, istənilən zaman Təhsil Nazirliyinin və məktəb rəhbərlərinin məqsədi şagirdlərin davamlı öyrənməsini təmin etməkdir: “Amma verilmiş qərarlarda əsas məqsəd şagirdlərin sağlamlığıdır”.