Bakının əsas magistral yollarında sürət həddi endirilib

3 Aprel 2021 08:51 (UTC+04:00)
Bakıda yağışlı hava şəraiti ilə bağlı əsas yollarda sürət həddi endirilib. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.