Rusiyada iki təyyarə toqquşdu

2 Aprel 2021 18:14 (UTC+04:00)

Rusiyada təyyarə qəzası baş verib. SİA xəbər verir ki, Surqut hava limanında ATR-72 tipli təyyarə idarəetməni itirərək dayanacaqda olan Yak-40-la toqquşub.

Hər iki təyyarəyə ziyan dəyib. Hadisə zamanı təyyarələrdə ekipaj üzvləri və ya sərnişinlər olmayıb.

Hadisənin səbəbləri istintaq orqanları tərəfindən araşdırılır.