Nike məhkəmədə qalib gəlib

2 Aprel 2021 18:22 (UTC+04:00)

Nike “şeytan ayaqqabısı” istehsal edən şirkətə qarşı məhkəmədə qalib gəlib. İdman geyimləri sahəsində dünya brendi olan Nike "şeytan ayaqqabıları" satan şirkətə qarşı məhkəmədə qalib gəlib.

Məhkəmə “MSCHF” adlı şirkətin sözügedən ayaqqabıların satışına müvəqqəti qadağa tətbiq edib. Şirkət məhdud sayda istehsal olunan bütün ayaqqabıların satıldığı üçün məhkəmə qərarının mənasız olduğunu iddia edib.

Qeyd edək ki, yalnız 666 ədəd istehsal ediləcəyi və İncildən iblis haqqında bir ayə yazıldığı bildirilən ayaqqabılardan birinin arxasında “MSCHF”, digərində Lil Nas X yazılıb.

Arzu Qurbanlı