Rusiyanın Novosibirsk şəhər məhkəməsi 6 yaşlı qızı vəfat etmiş anasının borclarını "ödəməkdən" azad edib.
SİA bu barədə rus mətbuatına istinad edir.
Verilən məlumata görə, şəhərin Kolyvan rayon məhkəməsində baş tutan iclasda, məhkəmədəki şübhəlinin dəyişdirilməsinə qərar verilib. Beləliklə, indi borclara görə övlad yerinə ata cavabdeh olacaq.
Xatırladaq ki, 6 yaşlı qızcığazın anası 2016-cı ildə qripin yaratdığı fəsadlar nəticəsində ölüb. Bundan sonra, 6 yaşlı qız, anası və əri Novosibirsk bölgəsindəki mənzildəki payların varisi olublar. Belə olan halda, uşaq 26 min rubl məbləğində borcun qanuni varisi sayılırdı. Bu ərəfədə bölgənin enerji şirkəti də qıza qarşı iddia qaldırıb.
Qızın nənəsi isə cavab olaraq, ailənin vəkil üçün belə pulu olmadığını bildirib.
Verilən məlumata görə, bölgənin uşaq ombudsmanı vəziyyəti nəzarətdə saxlayacağını bildirib.
Ağasəf Babayev